Kainatın yaranması


Qurani-Kərimdə kainatın yaranması belə açıqlanır:

“O göyləri və yeri yoxdan var edəndir...” (Ənam surəsi, 101)

Allahın Quranda verdiyi bu məlumat müasir elmi kəşflərilə tamamilə üst-üstə düşür. Bu gün astrofizikanın gəldiyi dəqiq nəticə bütün kainatın maddə və zaman ölçülərilə birlikdə sıfır anında böyük bir partlayışla əmələ gəlməsidir. “Böyük Partlayış”, orijinal adı ilə “Big Bang” nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvəl tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. Böyük Partlayış nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən ortaq şəkildə qəbul edilən elmi açıqlamadır.

Geri qaytaran göy


Qurani-Kərimdə Tariq surəsinin 11-ci ayəsində göy üzünün “geri qaytaran” xüsusiyyətindən bəhs edilir.

“And olsun qaytarıb endirən səmaya...” (Tariq surəsi, 11)

Ayədə “qaytaran” kimi tərcümə edilən kəlmə “geri qaytaran” və ya “geri dövr etdirən” mənasını verir.

Maraqlıdır ki, göy üzünün Quranda bildirilən bu xüsusiyyəti Quranın endirilməsindən əsrlər sonra elmi cəhətdən müəyyən edilmişdir.

Atmosferin təbəqələri


Quran ayələrində Allahın kainat haqqında verdiyi məlumatlardan biri də göy üzünün yeddi qatdan ibarət şəkildə nizamlanmasıdır:

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!” (Bəqərə surəsi, 29)

“Sonra Allah tüstü halında olan göyə üz tutdu... Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi...” (Fussilət surəsi, 11-12)

Mayalandırıcı küləklər


Quranın bir ayəsində küləklərin “mayalandırma” xüsusiyyətinə və bunun nəticəsində yağışın yaranmasına diqqət çəkilir:

“Biz (buludla) yüklənmiş külək göndərdik, göydən yağmur endirib sizə su verdik”. (Hicr surəsi, 22)

Ayədə yağışın yaranmasındakı ilk mərhələnin küləklər olduğuna diqqət çəkilir. Əslində bu əsrin əvvəllərinə qədər küləklə yağışın yağması arasında bir əlaqənin olması məlum deyildi. Küləklərin yağışın əmələ gəlməsində vacib “aşılayıcı” rol oynadıqları müasir meteoroloji çalışmalarla aşkar edilmişdi. http://quranmocuzeleri.org/

Dənizlərin bir-birinə qarışmaması


Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə müəyyənləşdirilən bir xüsusiyyəti Quranın aşağıdakı ayəsində belə bildirilir:

“İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar”. (Rəhman surəsi, 19-20)

Bir-birinə qovuşan, lakin suları qətiyyən bir-biri ilə qarışmayan dənizlərin ayədə bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilmişdir. “Səth daralması” adlandırılan fiziki bir qüvvə səbəbindən qonşu dənizlərin sularının qarışmadığı ortaya çıxmışdır. Dənizlərin fərqli sıxlıqlarından qaynaqlanan səth daralması sanki bir divar kimi suların bir-birinə qarışmasına mane olur. http://quranmocuzeleri.org/

Sümüklərin əzələ ilə örtülməsi


Quran ayələrində bildirilən digər bir vacib məlumat insanın ana bətnindəki inkişaf mərhələləridir. Ayələrdə ana bətnində əvvəl sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlərin yaranaraq bu sümükləri örtdüyü xəbər verilir:

“Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!” (Muminun surəsi, 14)

“Sonra sümükləri ətlə örtdük...” (Muminun surəsi, 14)

Uşağın ana bətnindəki üç inkişaf mərhələsi


Quranda insanın ana bətnində üç mərhələli bir yaradılışla yaradıldığı bildirilir:

“O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?” (Zumər surəsi, 6).

Diqqət etsək, ayədə insanın ana bətnində bir-birindən fərqli üç ayrı inkişaf mərhələsi keçməklə yaradıldığına işarə edilir. http://quranmocuzeleri.org/

Ana südü



Ana südü uşağın qidaya olan ehtiyacını tamamilə təmin etmək və uşağı mümkün infeksiyalara qarşı qorumaq üçün Allahın yaratdığı tayı-bərabəri olmayan bir qidadır. Dövrümüzdəki texnologiya ilə hazırlanan uşaq qidaları belə bu möcüzəvi qidanı əvəz etmir.

Ana südünün uşağa olan faydaları getdikcə daha çox müəyyən edilir. Elmin ana südü ilə bağlı kəşf etdiyi həqiqətlərdən biri isə uşağın ana südü ilə 2 il boyu qidalanmasının son dərəcə faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu vacib məlumatı Allah bizə “... Onun (süddən) ayrılması iki il ərzindədir...” ayəsi ilə 14 əsr əvvəl bildirmişdir. http://quranmocuzeleri.org/

Palçıqdan yaradılış




Allah Quranda insanın yaradılışının möcüzəvi şəkildə olduğunu xəbər verir. İlk insan, Allahın palçığı şəkilləndirib insan bədəni halına gətirməsi və ardından bu bədənə ruh üfləməsi ilə yaradılmışdır:

Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!” (Sad Surəsi, 71-72)

İki dənizin qovuşması



Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın Rəhman surəsində belə açıqlanır:

İki dənizi o qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar. (Rəhman 19-20)

Bir-birinə qovuşan, amma suları bir-birinə qətiyyən qarışmayan dənizlərin Quran ayəsində 14 əsr əvvəl bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilib.

İnsanın sudan yaradılışı


Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur Surəsi, 45)

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya Surəsi, 30)

İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!... (Furqan Surəsi, 54)