Kainatın sonu və Big Crunch

Qeyd etdiyimiz kimi, kainatın yaradılması “Biq bənq” deyilən böyük partlayışla başlayıb. Həmin dövrdən indiyə qədər də kainat genişlənməkdədir. Alimlər bildirir ki, kainatın kütləsi kifayət edəcək miqdara çatanda bu genişlənmə prosesi cazibə qüvvəsinə görə dayanacaq və bu da kainatın öz daxilinə çəkilməyə, büzülməyə başlamasına səbəb olacaq. Kainatın büzülməsi prosesinin isə axırda “Biq krənç” (“Böyük büzülmə”) deyilən çox yüksək bir istilik və sıxılma ilə nəticələnəcəyi qeyd edilir.

Bu isə bizə məlum olan bütün həyatın yox olması mənasına gəlir. “Biq krənç” adlı bu elmi nəzəriyyəyə Quranda belə işarə edilir:

“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın.
İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik” (“Ənbiya”, 21/104).

Başqa bir ayədə isə göylərin bu vəziyyəti belə izah olunur: “Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zumər”, 39/67).


“Biq krənç” nəzəriyyəsinə görə, kainat başlanğıcda olduğu kimi əvvəlcə yavaş-yavaş, sonra tədricən sürətlə dağılmağa başlayacaq. Bütün bunlardan sonra isə sonsuz yoğunluq və sonsuz hərarətdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə tam şəkildə üst-üstə düşür (Doğrusunu Allah bilir).

0 şərh:

Yorum Gönder