Yağışdakı ölçü

Quranda, Zuxruf Surəsinin 11-ci ayəsində yağış, "ölçü" ilə enən bir su olaraq belə təsvir edilmişdir: 

"O Allah ki, göydən bir qədər su endirdi." (Zuxruf Surəsi, 11)

Həqiqətən də yağış yer üzünə təəccüblü bir ölçü içində enir. Yağışın sahib olduğu ölçülərdən birincisi eniş sürəti ilə əlaqədardır. Yağış damcısı ilə eyni ağırlıq və böyüklükdəki bir cisim 1200 metrdən buraxıldığında gedərək sürətlənəcək və yerə təxminən 558 km/saatlıq bir sürətlə düşəcək. Əgər yağış damcısı da bu yüksəklikdən eyni şəkildə düşəcək olsa, bu vəziyyətdə bütün əkinlər təxrib olacaq, məskunlaşma sahələri, evlər və avtomobillər ziyan görəcək, insanlar lazımlı tədbirləri görə bilməyəcəklər.

Fəqət belə bir hadisə heç bir zaman yaşanmaz. Yağış damcıları nə qədər yüksəkdən düşürlərsə düşsünlər, yer üzünə çatdıqlarında ortalama sürətləri yalnız saatda 8-10 kmdir. Bunun səbəbi isə, yağış damcısının atmosferin sürtünmə təsirini artıran və yerə daha yavaş düşməsini təmin edən bir formaya sahib olmasıdır. Əgər yağış damcısı fərqli bir şəkildə olsaydı və ya atmosferin sürtünmə xüsusiyyəti tapılmasaydı, hər yağış yağanda yer üzünün necə bir fəlakətlə qarşı-qarşıya gələcəyini anlamaq üçün bu rəqəmlərə baxmaq kafi olacaq:

"Yağış buludlarının minumum yüksəkliyi 1200 metrdir. Bu səviyyədən düşən tək bir damcının etdiyi təsir, 1 kiloqramlıq bir ağırlığın 15 sm yüksəklikdən aşağı buraxılmasına bərabərdir. Ancaq 10.000 metr yüksəklikdə də yağış buludları tapıla bilməkdədir ki, bu dəfə tək bir damcı, 1 kiloqramlıq ağırlığın 110 sm yüksəklikdən aşağı buraxılmasına bərabər bir təsir göstərəcək.”

Digər tərəfdən yer üzündə bir saniyədə 16 milyon ton su buxarlaşdığı hesablanmışdır. Bu eyni zamanda, bir saniyədə Dünyaya yağan yağışın miqdarıdır. Bir il içində bu miqdar 505 x 1012 tona çatmaqdadır. Yəni su davamlı bir tarazlığıyla daxilində, "müəyyən bir ölçüyə " uyğun olaraq dövr edir.

Yağışın ehtiva etdiyi ölçülər bu qədərlə qalmamaqdadır. Məsələn, yağışın endiyi atmosfer qatlarında istilik, sıfırın altında 40°C'yə qədər düşür. Ancaq su burada əsla buz qəliblərinə çevrilməz. Bunun səbəbi atmosferdəki suyun "saf su" xüsusiyyətində olmasıdır. Bilindiyi kimi saf suyun bir xüsusiyyəti çox aşağı istiliklərdə belə donmamasıdır.

0 şərh:

Yorum Gönder