GÜNƏŞİN HƏRƏKƏT İSTİQAMƏTİ

          Quranda Günəşdən və Aydan bəhs edilərkən onların hər birinin özünəməxsus orbiti olduğu qeyd edilir: “Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).”(Ənbiya surəsi, 33)

         Bu ayədəki “üzmək” kəlməsi ərəb dilində “səbəhə” feli ilə ifadə edilir. Bu kəlmədən Günəşin kosmosdakı hərəkətini bildirmək üçün istifadə olunub. Bu kəlmə həmçinin Günəşin kosmosdakı hərəkətinin nəzarətsiz olmadığını, onun öz orbitində hərəkət etdiyini və dövr edərkən özünəməxsus hərəkət dairəsi olduğunu anladır. Günəşin sabit (və ya statik) olmaması, onun müəyyən orbitdə hərəkət etməsi başqa bir ayədə belə qeyd edilir:

        “Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan (hər şeyi) bilən Allahın təqdiridir” (Yasin surəsi, 38)

KAİNATIN GENİŞLƏNMƏSİ


Astronomiya elminin hələ inkişaf etmədiyi bir dövrdə - 1400 il əvvəl göndərilən Qurani-Kərimdə kainatın genişlənməsindən belə bəhs edilir: “Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik” (“Zariyat” surəsi, 51/47).
Bu ayədəki “səma (göy)” kəlməsindən Quranın əksər yerində “kainat” və “kosmos” mənasında istifadə edilir. Bu ayədə də bildirdiyimiz mənada işlədilir və kainatın genişləndiyini xəbər verir. Azərbaycan dilinə “Biz onu genişləndirməkdəyik” kimi tərcümə edilən ərəb dilindəki “innə lə musiunə” ifadəsindəki “musiunə” kəlməsi “genişləndirmək” mənasına gələn “əvsəə” felindən törəyib.“Lə” şəkilçisi də birlikdə işlədilən isim və sifətə uyğun olaraq “çox” mənasını ifadə edir. Beləliklə  bu ifadə “Biz göyü və ya kainatı çox genişləndiririk” mənasına gəlir.
          Elmin bu gün gəldiyi nəticə Qurandakı qənaətin təkrarlanmasından başqa bir şey deyil. XX əsrin əvvəllərinə qədər elm dünyasında hakim olan fikir kainatın sonsuz ölçülərə malik olması, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. Ancaq müasir texnologiyalar əsasında aparılan tədqiqat və hesablamalar kainatın bir başlanğıcının olduğunu və onun hər an genişləndiyini göstərir.

UŞAĞIN CİNSİYYƏTİ KİMDƏN ASILIDIR?


-->
Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin “bətnə tökülən nütfədən” asılı olması bildirilmişdir: “Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən” (“Nəcm” surəsi, 53/45-46). “Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan (ələq) oldu və (Allah) onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı” (“Qiyamə” surəsi, 75/37-39).
 
Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır. http://quranmocuzeleri.org/

MÜKƏMMƏL QORUYUCU: ATMOSFER


Canlıların dünyada yaşaması üçün Günəşə müəyyən uzaqlıq, müəyyən aralıqlarda istilik, karbon, ozon və su dövrü, mikroorqanizmlərin ortaya çıxardığı minerallar, fotosintez, dünyanın xüsusi əyilməsi, cazibə qüvvəsi, atom hissələrini bir yerdə saxlayan qüvvələr və bunun kimi bir çox əhəmiyyətli detal lazımdır. Yer üzü, bu şərtlərin hamısını bir yerdə saxlayacaq şəkildə qorunmuşdur. Bu möcüzəvi planeti əhatə edən və bütün bu tarazlıqları qoruyan atmosferi ortadan qaldırsanız həyat sona çatar.

KAİNATIN ƏMƏLƏ GƏLMƏSİ-BİG BANG



Qurani-Kərimdə kainatın ortaya çıxması belə açıqlanır: ''O göyləri və yeri yoxdan var edəndir..'' (''Ənam'', 6/101).

Quranda verilən bu məlumat çağdaş elmin ixtiraları ilə tam uyğunluq içindədir. Bu gün astrofizikanın gəldiyi qəti nəticə bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə bir başlanğıc anında böyük partlayışla əmələ gəldiyidir. ''Böyük partlayış'' -orijinal adı ilə ''Big Bang'' nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il öncə tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. ''Böyük partlayış'' nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən qəbul edilən yeganə elmi izahdır.

''Big Bang''dan əvvəl maddə deyilən bir şey yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik olaraq müəyyən ediləcək yoxluq şəraitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizika­nın ortaya qoyduğu bu böyük həqiqət Quranda bizə 1400 il əvvəldən xəbər verilir.

''GÖYLƏ YER''İN BİR-BİRİNDƏN AYRILMASI





Göyün yaradılışından bəhs edən bir ayədə belə deyilir: ''Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilirlərmi?! Yenə də iman gətirməzlər?'' (''Ənbiya surəsi, 30).

Ayənin ''bir-birilə bitişik'' kimi tərcümə edilən ''ratq'' kəlməsi ərəbcə lüğətlərdə ''bir-birilə iç-içə, ayrılmaz, qaynayıb-qarışmış'' mə­na­­la­rını ifadə edir. Yəni tam  bütünü əmələ gətirən iki maddəni tanımaq üçün bu kəlmə istifadə olunur. Ayədə gedən ''ayırdığımız'' ifadəsi isə ərəbcə ''fatq'' felidir ki, bu fel ''ratq'' halındakı bir obyekti yarıb, parçalayıb çölə çıxmaq mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması ərəbcədə bu fellə ifadə edilir.

ORBİTLƏR


Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin müəyyən orbiti olduğu belə vurğulanır: ''Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri səmada üzür''. (''Ənbiya'', 21/33).

Günəşin hərəkətsiz olmadığı, öz orbiti ətrafında fırlandığı başqa bir ayədə də belə göstərilir: ''Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvə sahibi olan və hər şeyi bilən Allahın əzəli hökmüdür'' (''Yasin'', 36/38).

DÜNYANIN KÜRƏ FORMASINDA OLMASI


''Allah göyləri və yeri haqq olaraq yaratdı. O gecəni gündüzün üstünə sarıb örtür, gah gündüzü, gah da gecəni uzadır'' (''Zumər'', 39/5).

Quranın kainatı tanıdan ayələrində istifadə olunan ifadələr kifayət qədər diqqət çəkir. Yuxarıdakı ayədə ''sarıb örtmək'' kimi tərcümə edilən ərəb kəlməsi ''təkvir''dir. Bu kəlmənin azərbaycanca qarşılığı ''kürə formasında olan bir şeyin üzərinə hər hansı cism örtməkdir''.

QORUYUCU TAVAN





Quranda Allah göy üzünün maraqlı bir xüsusiyyətinə belə diqqət çəkir: ''Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki kafirlər ayələrimizdən üz döndərirlər'' (''Ənbiya'', 21/32).

Göy üzünün ayədə göstərilən bu xüsusiyyəti XX əsrdəki elmi araşdırmalarla sübut olunmuşdur.

Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer canlılığın davamı üçün son dərəcə həyati prosesləri yerinə yetirir. Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların yer üzünə düşərək canlılara zərər verməsinə mane olur.

DAĞLARIN VƏZİFƏSİ


Quranda dağların mühüm geoloji funksiyasına işarə edilir: ''Yer onları silkələməsin, atıb-tutmasın deyə, orada möhkəm dağlar yaratdıq..'' (''Ənbiya'', 21/31).

Diqqət etsək, ayədə dağların yer üzündəki silkələnmə­lərin qarşısını alma xassəsinə malik olduğu xəbər verilir.

Quranın nazil edildiyi dövrdə heç kəsin bilmədiyi bu həqiqət indiki dövrdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxarılmışdır. Bu kəşflərə görə, dağlar yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində meydana gəlir.

DƏMİRDƏKİ MÖCÜZƏ



Dəmir Quranda diqqət yetirilən elementlərdən biridir. Quranın ''Hədid'', yəni ''Dəmir'' adlı surəsində belə buyrulur: ''...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də endirdik..'' (''Hədid'', 57/25).
Ayədə dəmir üçün xüsusi işlədilən ''endirmə'' kəlməsi məcazi olaraq insanların xidmətinə verilmə mənasında başa düşülə bilər. Fəqət, kəlmənin ''göydən fiziki olaraq endirmə'' şəklindəki həqiqi mənasına diqqət verildiyi zaman ayənin çox mühüm elmi möcüzə olduğu görülür. Çünki müasir astronomiya kəşfləri Yerdəki dəmir mədəninin kosmosdakı böyük ulduzlardan gəldiyini ortaya qoymuşdur. Kainatda ağır metallar böyük ulduzların nüvələrində hazırlanır.