İnsanın sudan yaradılışı


Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur Surəsi, 45)

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya Surəsi, 30)

İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!... (Furqan Surəsi, 54)

Quranda “Firon” kəlməsi


“Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik. Sənə öz dərgahımızdan zikr də vermişik. Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir” (Taha surəsi, 99-100).

Əhdi Ətiqdə Hz.İbrahimlə Hz.Yusif dövründəki Misir hökmdarından Firon olaraq bəhs edilir. Halbuki Firon hər iki peyğəmbərdən sonra işlədiləcəkdi.

Quranda Hz.Yusif dövründəki Misir idarəçisindən bəhs edilərkən “hökmdar, çar, kral, sultan” mənalarına gələn ərəb dilində “əl-məlik” kəlməsi işlədilir:

“Hökmdar: “Onu mənim yanıma gətirin!” dedi...” (Yusif surəsi, 50).

İsti tüstüdən yaradılış


Bu gün alimlər ulduzların isti qaz buludundan meydana gəldiyini bildirirlər. İsti qaz kütləsindən meydana gəlmək həm də kainatın yaradılması ilə əlaqədardır. Kainatın yaradılışı barədəki bu elmi kəşfləri Quran da təsdiq edir:

“O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da “İstəyərək vücuda gəldik!” deyə cavab verdilər” (“Fussilət” surəsi, 41/10-11).

Bu ayədə qeyd edilən “tüstü” ifadəsi ərəb dilində “duxan” kəlməsi şəklindədir. Bu kəlmə adı Quranda çəkilən isti bir kosmik tüstünü ifadə edir. Qatı maddələrə bağlı uçan kiçik hissələri ehtiva edən, isti qaz halında bir kütlə olan bu tüstü forması Quran ayəsinə tam uyğun gəlir.

Arının genetik kodu

Canlıların genetik şifrəsi olan DNT-lər xromosomlar üzərində qurulmuşdur. Məsələn, Dünyadakı bütün arıların xromosom sayı eynidir. Ümumiyyətlə, heyvanların dişisində və erkəyində bərabər sayda xromosom var. Lakin arının vəziyyəti, digərlərindən bir az fərqlidir. Çünki erkək arı 16 tək xromosoma, dişi arı 16 cüt xromosoma malikdir.

Arı bu baxımdan -xromosom sayı baxımından- fərqlidir. Bu fərqliliyə Quranda Nəhl surəsində işarə edilə bilər. (Doğrusunu Allah bilir.) Quranda "arı" mənasını verən "Nəhl" adlı surə tam 16-cı surədir. Eyni zamanda, arı da 16 xromosomlu bir canlıdır.

Aya çıxış tarixi

Saat (qiyamət vaxtı) yaxınlaşdı və Ay yarıldı. (Qəmər surəsi, 1)

"Qəmər" sözünün tərcüməsi "Ay"dır və Qəmər surəsində "Ay" sözü birinci ayədə yer tutur. Bu ayədən Quranın sonuna qədər tam 1390 ayə var. Hicri təqvimində 1390-cı il Miladi təqviminə görə 1969-cu ilə bərabər gəlir ki, bu da Aya çıxış tarixidir. İnsanlıq tarixinin ən əhəmiyyətli inkişaflarından birinə 14 əsr əvvəl işarə edilməkdədir. (Doğrusunu Allah bilir.)

Dağların hərəkət etməsi


Bir ayədə dağların göründükləri kimi sabit olmaması, davamlı hərəkət etməsi belə bildirilir:

Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər... (Nəml surəsi, 88)

Dağların bu hərəkəti üzərində dayandıqları Yer qabığının hərəkətindən meydana gəlir. Yer qabığı özündən daha çox qalın olan mantiya təbəqəsinin üstündə sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Wegener adlı alman alimi Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir yerdə olduqlarını, onların sonradan ayrılaraq müxtəlif istiqamətlərə doğru uzaqlaşdıqlarını iddia etmişdi. Ancaq geoloqlar Wegenerin iddiasının doğruluğunu onun ölümündən 50 il sonra, yəni 1980-ci illərdə başa düşdülər.

Qum təpələri və Mars planeti


Qurandakı "Əhqaf" surəsi "qum təpələri" mənasını verir. Astronomiyada Mars deyildiyində ağıla ilk gələn xüsusiyyətlərindən biri, Marsdakı yüksək qum yığınları, yəni nəhəng "qum təpələri"dir. Mars bu xüsusiyyəti ilə digər planetlərdən fərqlidir.

Əhqaf surəsinin 23-cü ayəsindəki hərflərin düzülmələrinə baxdığımızda isə, ərəb dilində Mim, Əlif, Rə və Sin hərflərinin yan-yana gələrək Mars sözünü meydana gətirməsinin şahidi oluruq.

Günəşin hidrogen və helium tərkibi


Günəş 70% Hidrogen (H), 28% də Helium (Hə) atomlarından meydana gəlmişdir. Digər maddələr 2%dən daha az yer tuturlar. Günəşdə hər saniyə 600 milyon ton Hidrogen, 596 milyon ton Heliuma çevrilir. Qalan 4 milyon ton isə istilik və işıq enerjisi olaraq istehlak edilir. Bu baxımdan Günəş deyildiyində ilk olaraq, H (Hidrogen) və Hə (Helium) atomlarını birləşdirən hərflər başa düşülür. Qurandakı "Günəş" mənasını verən "Şəms" surəsində isə, surədəki on beş ayənin hamısı istisnasız olaraq H və E hərfləriylə bitməkdədir. Bu hərflərin ərəb dilindəki qarşılıqları belədir: (Ərəb dilində Hə hərfi) - (Ərəb dilində Əlif hərfi)

Aşağıda Şəms surəsindəki ayələrin ərəb dilində yazılışları və son sözlərinin oxunuşları görülməkdədir.

Yağışdakı ölçü

Quranda, Zuxruf Surəsinin 11-ci ayəsində yağış, "ölçü" ilə enən bir su olaraq belə təsvir edilmişdir: 

"O Allah ki, göydən bir qədər su endirdi." (Zuxruf Surəsi, 11)

Həqiqətən də yağış yer üzünə təəccüblü bir ölçü içində enir. Yağışın sahib olduğu ölçülərdən birincisi eniş sürəti ilə əlaqədardır. Yağış damcısı ilə eyni ağırlıq və böyüklükdəki bir cisim 1200 metrdən buraxıldığında gedərək sürətlənəcək və yerə təxminən 558 km/saatlıq bir sürətlə düşəcək. Əgər yağış damcısı da bu yüksəklikdən eyni şəkildə düşəcək olsa, bu vəziyyətdə bütün əkinlər təxrib olacaq, məskunlaşma sahələri, evlər və avtomobillər ziyan görəcək, insanlar lazımlı tədbirləri görə bilməyəcəklər.