Canlıların dünyada yaşaması üçün Günəşə müəyyən uzaqlıq, müəyyən aralıqlarda istilik, karbon, ozon və su dövrü, mikroorqanizmlərin ortaya çıxardığı minerallar, fotosintez, dünyanın xüsusi əyilməsi, cazibə qüvvəsi, atom hissələrini bir yerdə saxlayan qüvvələr və bunun kimi bir çox əhəmiyyətli detal lazımdır. Yer üzü, bu şərtlərin hamısını bir yerdə saxlayacaq şəkildə qorunmuşdur. Bu möcüzəvi planeti əhatə edən və bütün bu tarazlıqları qoruyan atmosferi ortadan qaldırsanız həyat sona çatar.
İnsanların dünyada yaşamasını təmin edən müəyyən istilik və işıq aralığı var. Kosmosdakı yandıran istilər, donduran soyuqlar, öldürən şüalar arasından atmosfer bizə yalnız bizi yaşadacaq olan miqdarı çatdırır. Günəşdə meydana gələn partlamaların ortaya çıxardığı enerji olduqca böyükdür. Günəşdəki partlama Hiroşimaya atılan atom bombasının bənzəri olan 100 milyard ton atom bombasının gücünə bərabərdir. Bu yandırıcı təsir də atmosfer vasitəsilə dünyaya ən ideal şəkliylə çatır. Əgər Yer səthinə bu an yer üzünə çatandan bir az daha çox miqdarda qırmızı və ultra-bənövşəyi şüa, qamma və mikro dalğa şüa çatsa, bütün canlılar yox olacaqlar. Yer üzü milyonlarla ildir eyni qorunmuş tavan ilə qorunur. Milyonlarla ildir eyni şüalar yer üzünə çatır və həyata imkan verir. Bir gün atmosfer öz funksiyasını yerinə yetirməsə dünya üçün onun əvəzinə bir başqa qoruyucu tavan meydana gətirmək mümkündürmü? İnsanı sürətlə özünə çatan öldürücü şüalardan və yandıran istidən qoruyacaq üsul vardırmı? Şübhəsiz, belə bir şeyə nə insanın gücü çata bilər, nə də buna güc çatdıra bilən texnologiya var. Belə vəziyyət qarşısında təsadüfən yeni atmosfer meydana gəlməsini gözləmək məntiqlidirmi?
Əlbəttə, bu son dərəcə məntiqsizdir. Bu qüsursuz əsərin kor təsadüflərlə meydana gəlməsinə ağıl və iradə sahibi olan heç bir insan əlbəttə ehtimal verməyəcək. Qaldı ki, bu cür gözləmə müddəti də olmayacaq, həyat daha ilk anda sona çatacaq. Atmosferin bu mükəmməl quruluşu hər an, hər hadisədə böyüklüyünü göstərən, qüvvət sahibi, Uca Allahın möhtəşəm sənətidir.
“Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.” (Ənbiya Surəsi, 31-32)

0 şərh:
Yorum Gönder